Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.
Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən bildirilib.
“Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək”, – nazirlikdən əlavə ediblər.
***
Bakıda partlayış bş verən hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.
Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib”, – nazirlikdən bildirilib.