Bakıda və Sumqayıtda karyera mərkəzləri yaradılacaq

1087

Bakıda və Sumqayıtda karyera mərkəzi yaradılacaqdır.
AzərTAc xəbər verir ki, bunu iyunun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilmiş “Gənclər: professionallıq və şəxsi inkişaf” mövzusunda debatlar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti rəisinin müavini Xaliq İlyasov bildirmişdir.
X.İlyasov demişdir: “Azərbaycanda bu ilin oktyabrında gənclər üçün karyera məsləhəti üzrə mərkəzlər yaradılacaqdır. Dünya Bankının və nazirliyin birgə layihəsi çərçivəsində karyera məsləhəti üzrə vahid mərkəzlər ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərəcəkdir. Karyera mərkəzinə daha çox 14-17 yaşlı gənclər cəlb olunacaqlar və onlara ixtisas seçimi, gələcək fəaliyyətləri barədə məsləhətlər veriləcəkdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər