Bakıdan Sumqayıta ekspres marşrut xətti açılır

791

Yanvarın 21-dən Bakı – Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayır.

Bu barədə “Baku Bus” MMC-in mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

Onun sözlərinə görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

Qeyd edək ki, marşrut xətti “BakuBus” və AYNA əməkdaşlığı nəticəsində yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər