Bakıdan Sumqayıta gizli çörək daşıyanlar kimlərdir? – FOTOLAR

2069

Azərbaycanda çörək istehsalında problem olduğu kimi, daşınma məsələsində də nizamsızlıq hökm sürür. Bu fotolarda da çörəyin daşındığı qabların antisanitariya şəraitində saxlanıldığı görünür. Ekspertlər deyir ki, çörəyin daşındığı bu qablar gigiyena qaydalarına görə üstü açıq ərazidə saxlanılmamalı, hər gün kimyəvi məhlulun qarışdırıldığı su ilə (ən azından adi su ilə) yuyulmalıdır. Fotolarda isə görünən odur ki, bu qablara gigiyenik qaydalara uyğun olmayan münasibət bəslənilir.

Yeri gəlmişkən, fotolar Abşeron rayonunun Masazır qəsəbəsinin çıxışında çəkilib. Bu qablarla daşınan çörəklər Bakı şəhərindəki iri çörək zavodlarından birində istehsal olunub. Maşın Sumqayıt şəhərinə daxil olmamış dayanır, çörəklər digər maşına yüklənir və Sumqayıta aparılır. Çörəklərin maşından-maşına yüklənərək daşnmasının səbəbi böyük ehtimalla bir müddət əvvəl gündəmə gəlmiş “Sumqayıta Bakı çörəyi buraxılmır” xəbəri ilə əlaqəlidir. Burdan həm də görünən odur ki, Bakıda istehsal edilən çörəklər Sumqayıtda satışda olur, sadəcə, başqa brendlə satılır. Ayxan/Foodinfo.az

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər