Tahir Mirkişili Sumqayıtla bağlı baş nazirdən xahiş etdi

1900

Martın 16-da Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər.

Hesabat ətrafında geniş müzakirələr aparılıb. Parlamentdən Sumqayıtı təmsil edən Tahir Mirkişili çıxış edərək hökumətin fəaliyyətini yüksək dəyərləndirib, eləcə də qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıb.

Millət vəkili digər məsələlərlə yanaşı sumqayıtlıları narahat edən bir probeemi də hökümət üzvlərinin diqqətinə çatdırıb: “Seçicilərin çoxsaylı müraciətlərini nəzərə alaraq Sumqayıt şəhərində məişət tullantılarının emalı zavodunun tikilməsi məsələsinin müsbət həll olunmasını xahiş edirəm.”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər