Baş nazir Serj Sarkisyan istefa verdi – “Səhv etdim…”

1449

Yerevanda baş verən etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan istefa verməyə məcbur olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb:

“Əziz soydaşlarım. Sizə sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Baş verən situasiyada bir neçə həll yolu var, lakin mən onlardan heç birinə getməyəcəm. Bu mənə görə deyil. Mən baş nazir postumu buraxıram. Küçə hərəkatı mənim baş nazirliyimə qarşı keçirilir. Sizin tələbinizi yerinə yetirirəm”.

Qeyd edək ki, namizədliyi hakim Respublikaçılar və Daşnaksütyun partiyası tərəfindən irəli sürülən Serj Sarkisyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər