Bazarlıq etmək adı ilə gəzməyə gedərkən tutuldular – FOTO

747

Şabran rayonunda karantin rejimini pozan şəxslərdən narkotik vasitə aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər sakinləri olan Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai H-1” markalı nəqliyyat vasitəsilə Bakı-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu Gəndov kəndi ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məlum olub ki, həmin şəxslər icazə sistemi vasitəsilə ərzaq almaq üçün iki saatlıq icazə alaraq, istirahət etmək məqsədilə şimal bölgəsinə gəlmək istəyiblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman həmin nəqliyyat vasitəsində gizlədilən saxlanılan şəxslərə məxsus ümumilikdə üç kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotikin onlara məxsus olduğunu etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər