Belarus Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

1220

Sumqayıt şəhər İcra hakimiyyətinin yaydığı məlumata görə bu gün Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Belarus Respublikasının nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nikolay Yermolayeviç Patskeviç və “Mogilyovliftmaş” zavodunun xarici iqtisadi fəaliyyət və reklam idarəsinin rəisi cənab Andrey Vladimiroviç Pişenko iştirak edib. Görüşdə həmçinin şəhər İcra hakimiyyəti başçısının müavini Tarıyel Hacıyev və Sumqayıt Liftservis Birliyinin müdiri Cümşüd İsmiyev də iştirak edib. Görüş zamanı Sumqayıt və Moqilyov şəhərləri arasında ikitərəfli əlaqələr, həmçinin Sumqayıtın lift təsərrüfatının yenidən qurulmasında “Moqilyovliftmaş” müəssisəsi ilə əməkdaşlıq imkanları müzakirə edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər