Sumqayitxeber.com saytı Publika.Az-a istinadən xəbər verir ki, dünən dünya mətbuatında Dalay lamanın NASA rəhbərliyinə rəsmi müraciəti dərc olunub. Bununla da 21 dekabr 2012-ci il təhlükəsi bir daha yada düşdü. Həqiqətən, vaxta az qaldı.
Müraciəti olduğu kimi dərc edirik. Əgər həqiqətdirsə, o zaman hazırlaşmağa vaxtımız var.
NASA-nın baş ştabına Kaylasda yerləşən Qandrek monastırının laması tərəfindən
Müraciət
21 dekabr 2012-ci ildə Yer kürəsi Günəş sistemi ilə birgə Qalaktikanın sıfır xəttindən keçəcək. İyulda aldığımız nəticələrə görə, bu tarixdən Yer üzündə dəyişikliklər baş verəcək. Bu müraciəti bacardıqca çox adama yayın, o insanlara ki, onu qavraya biləcək. dostlarınıza, iş yoldaşlarınıza, qohumlara və sözünüzü deyə biləcəyiniz hər kəsə.
1. 2012-13-cü ilin payız və qışı Tibet və bütün şimal yarımkürəsində isti keçəcək. 21.12.2012-ci ildə Yer Kürəsi Günəş sistemi ilə birgə Sıfır xəttindən keçməyə başlayacaq. Bu elə bir əhatə dairəsidir ki, heç bir enerji və elektromaqnit dalğası mövcud ola bilməz.
2. Demək olar ki, Yer Kürəsinin 89 faizində səhər 10-dan başlayaraq tam qaranlıq və sakitlik hökm sürəcək. Heç bir işıq, elektrik, rabitə, istilik, səs olmayacaq.
3. Tam qaranlıq kosmik sistemdə işıq selinin illüzion parlaması ilə müşayiət olunacaq və təxminən 4-5 gün davam edəcək.
4. Sonra Günəş işığı yenidən görünəcək. Dünya əvvəlki kimi olacaq. Heyvanlar bunu əvvəldən hiss edib, yuvalarında,dağların altında gizlənəcək.
5. Kosmik qaranlıq şəhər insanına daha tez və pis təsir edəcək. Ona görə iri şəhərlərdə itki və ağlı itirmək dərəcəsinə çatan psixoloji xaos yaranacaq. Yer üzü əhalisinin 10-12%-i məhv ola bilər.
6. Ona görə insanlar bilməlidirlər ki, bu haldan qorxmaq və təşvişə düşmək olmaz. Əgər bəzi məsləhətlərə əməl edib, hazırlıqlı olsanız, bu 4-5 günü başa vura bilərsiz.
– Həmin tarixə heç bir iş, vacib görüş təyin etməyin. Ailənizi, bütün sənədlərinizi, nəğd pulunuzu və ərzaq ehtiyatınızı götürün, şəhərdən çıxıb, bağ, çöl, kənd yerinə gedin.
– ən azı 2 aylıq ərzaq və su ehtiyatı hazırlayın. Odun, yanacaq və şam tədarükü görün. Evdə soba olmalıdır. Çünki elektrik hələ 2-3 ay bərpa olmayacaq.
– Telefon rabitəsi, radio və televizor olmayacaq. İnformasiyasız qalmağa özünüzü hazırlayın. Qaranlıq günlərində evin və olduğunuz yerin pəncərələrinə tünd, qara parça bağlayın, cölə, küçəyə baxmağa, çıxmaga risk etməyin. O dərəcədə qaranlıq olacaq ki, əlinizi belə görməyəcəksiz.
– Gözünüzü qaranlığa zilləməyin. Harasa getməyə çalışmayın, aza və ya yıxıla bilərsiz. Olduğunuz yerdə qalın. Əgər qaranlığa düşdünüzsə, gözlərinizi bağlayın və uzanın, fikrinizi qaranlığa cəmləməyin.
– Əsas şərt – baş verənlərdən qorxmamaqdır. Bilin ki, bu hal keçicidir. Ən yaxşısı – qulaqlarınızı və gözlərinizi qapayıb yatmaqdır.
– Günəş işığı bərpa olduqdan sonra şəhərə qayıtmağa tələsməyin. Yaza qədər elektrik enerjisində xaos hökm sürəcək. Bu günlərdə yalnız təbiətə yaxın olub, ilk insanın yaşadığı şəraitə tablaşan insanlar sağ qala biləcək. İnsanların çoxunu qaranlıq xofu və psixoloji gərginlik öldürəcək.
– Yer Kürəsinin Sıfır xəttindən keçməsi 2013-cü ilin 7 fevralına kimi davam edəcək. Ondan sonra hissə-hissə elektrik təminatı, nəqliyyat işə düşəcək.
– Martdan etibarən dünyada həyat bərpa olacaq və təyyarələr uçmağa başlayacaq.
– 100-dən çox ölkənin rəhbərləri bu tip xəbərdarlığı və riyazi-astronomik hesabatları alıblar. Lakin onlar öz vətəndaşlarına kömək etməyi bacarmayacaq. Çünki belə halda əvvəlcədən xəbərdarlıq böyük xaosa səbəb ola bilər. Ona görə Böyük Qaranlığa insan özü hazır olmalı, özü çıxmalıdır.
Menbe???
ALLAHA siginaq. Dileyek ki, Qoy ALLAH Dunyamizi ve insanlari,tebieti bize chox gormesin.Amin!