Beynəlxalq müşahidəçilər Sumqayıtda səsvermə prosesinin monitorinqini keçirirlər

922

Sumqayıtda altıncı çağırış Azərbaycan Milli Məclisinə seçkilər davam edir. Şəhərdə yerləşən dörd seçki dairəsinin – 41 saylı Sumqayıt-Xızı seçki dairəsinin, 42 saylı ikinci Sumqayıt seçki dairəsinin, 43 saylı üçüncü Sumqayıt seçki dairəsinin, 44 saylı dördüncü Sumqayıt seçki dairəsinin sədrlərinin saat 15.00 üçün məlumatlarına görə, şəhər sakinlərinin 41,4 faizi artıq öz seçimlərini ediblər.

41 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1 saylı, 42 saylı ikinci Sumqayıt seçki dairəsinin 7 və 8 saylı seçki məntəqələrində olan AZƏRTAC-ın müxbiri AŞPA müşahidəçilər missiyasının üzvləri Marqaret Çederfelt (İsveç), Kristian Hafenesker (Avstriya) və ATƏT-in təmsilçisi Badea Viorel-Riçardla (Rumıniya) görüşüb. Müşahidəçilər bildiriblər ki, səhər tezdən Sumqayıtdadırlar. Onlar bütün gün ərzində səsvermə prosesinin monitorinqini keçirəcək, habelə səslərin hesablanması prosedurunda iştirak edəcəklər. Nəticələr isə sabah ümumi mətbuat konfransında açıqlanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər