Sumqayıt şəhərində hündürlükdən yıxılan 4 yaşlı uşaq sağ qalıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə Sumqayıtın 26-cı məhəlləsində qeydə alınıb. Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan, 2006-cı il təvəllüdlü Zəhra Ağayeva ehtiyatsızlıqdan mənzilin eyvanından yıxılıb. O, təcilli Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda uşağın vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Binadan yıxılan uşaq sağ qalıb
•
961
Allah saxlayib.Yaxsi ki,hec ne olmayib.