“BioNTech”in təsisçisi: “Daxili orqanların gəncləşməsi mümkün olacaq”

312

“Pfizer” ilə birgə koronavirus peyvəndi istehsal edən Almaniyanın “BioNTech” şirkətinin təsisçilərindən olan türkəsilli alim Uğur Şahin maraqlı açıqlamaları ilə gündəmə gəlib.

O, yaşlanmanın bioloji bir proses olduğunu, dəri hüceyrlərinin yenidən proqramlaşdırılaraq gəncləşə biləcəyini bəyan edib.

Professorun sözlərinə görə, bu oxşar üsullarla daxili orqanların da gəncləşməsi mümkün olacaq. Hətta yeni biotexnologiyalardan istifadə etməklə, zədələnmiş bədən üzvləri bərpa ediləcək.

Həkim bununla da xərçəngin müalicəsində ciddi irəliləyişlər əldə olunacağını proqnozlaşdırıb.

Mənbə: “Haber Global”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər