Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrdə könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və gənclərin bu sahəyə marağını artırmaq məqsədi ilə yeni layihəyə start verdi. Bu məqsədlə dekabrın 26-da Sumqayıt Dövət Universitetində “ Bir könüllüdən min könüllüyə” adlı layihə üzrə könüllü tələbələrlə görüş keçirildi.
Görüşdə layihə rəhbəri Nərmin Cahangirova çıxış edərək layihə haqqında geniş məlumat verdi, bildirdi ki, Azərbaycan Respublikasının Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramaları qrant şəklində məqsədli maliyyələşdirmək üçün hər il qrant müsabiqəsi elan edir.
Bu il həmin qrant müsabiqəsinin qalibləri “ Bir könüllüdən min könüllüyə” adlı layihə də yer almışdır. Layihənin əsas məqsədi təhsil müəssisələrində təhsil alan tələbələrdə könüllülük fəaliyyəti ilə başlamış gənclərin uğurlarını onlara əyani şəkildə göstərmək, bu fəaliyyətin təbliği və təşviqini həyata keçirmək, sosial xidmətlər sahəsində könüllü müraciətlərin sayını və gənclərin bu sahəyə marağını artırmaqdır. Nərmin Cahangirova onu da qeyd etdi ki, şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin tələbələri hər zaman könüllülük fəaliyyətinə maraq göstərib və göstərməkdədilər.Təsadüfi deyil ki, layihənin açılışını və ilk görüşünü Sumqayıt Dövlət Universitetinin tələbələri üçün təşkil etmişik.
Görüşdə Dövlət Agentliliyinin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Sumqayıt regional ASAN xidmət mərkəzinin direktoru vəzifəsini icra edən Kəmalə Rəhimova, ASAN Könüllüləri Təşkilatının rəhbəri Səbinə Cabbarova, Sumqayıt şəhər Gənclər İdman Baş idarəsinin rəis müavini Mübariz Bəşirov, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət Məhərrəmova çıxış edərək ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətindəki dövlət qayğısından söhbət açdılar. Ölkə başçısının ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladılar. Könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırdılar. Cəmiyyətdə könüllü olaraq ilk addımlarını atan gənclərə uğurlar arzuladılar.
Tədbirdə layihə üzrə speaker Nurlan Səmədlinin “Könüllülük uğur hekayəsi” dinlənildi.
Qeyd edək ki, tədbir 2 hissədən ibarət idi. Çıxışlardan sonra 2-ci hissədə təlimçi Rəşad Məmmədovun tələbələrlə görüşü oldu.
“ Bir könüllüdən min könüllüyə” adlı layihə üzrə tələblərlə görüş keçirildi
•
1437