“Bizi heç kim sındıra bilməz” – Zelenskinin çıxışı alqışlarla qarşılandı (VİDEO)

551

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya hücumları ilə bağlı Avropa Parlamentində çıxış edib.
Onun bu çıxışı hər kəs tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.
5 gündür Rusiyanın işğalı altında olduqlarını vurğulayan Zelenski son günlərdə hər kəsin verdiyi dəstəyə görə minnətdar olduğunu bildirib.
“Bizi heç kim sındıra bilməz. Arzumuz övladlarımızın yaşamasıdır. Məncə, doğrusu budur, çünki dünən 16 uşaq dünyasını dəyişib. Hər gün insanlar öz azadlığı uğrunda ölürlər. Nə qədər ki, bu iradə var, biz istənilən çağırışa və hər kəsə qalib gələ bilərik. Biz hüquq və azadlıqlarımızı qorumaq üçün yaşamaq üçün mübarizə aparırıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər