Braziliya senatoru Ələt Azad İqtisadi Zonası ilə tanış olub

477
Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Müşfiq Məmmədli, Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Fövqaladə və Səalhiyyətli Səfiri Elxan Poluxov və digər şəxslər Ələt Azad İqtisadi Zonası ilə tanış olublar. İqtisadi zonanın rəsmisi görülən işlər barədə qonaqlara məlumat verib.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Görüş zamanı Azərbaycan Braziliya iqtisadi əlaqələrinin Ələt İqtisadi Zonasında perspektivləri də müzakirə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər