British Council-ın Azərbaycan üzrə nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində olub

501
Sentyabrın 29-da British Council-ın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Korporativ layihələr üzrə kordinator Sevinc Ağazadə və Cənubi Qafqaz bölgəsinin imtahanlar üzrə rəhbəri Nərgiz Əkbərova Sumqayıt Dövlət Universitetində oldular.
Səfərin məqsədi SDU-nun akademik heyətinin peşəkar bacarıqlarının inkişafı istiqamətində British Council-ın imkanlarını və universitetin mümkün perspektivlərini müzakirə etmək idi.
SDU-nun rektoru Rüfət Əzizov qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı münasibətlərin gündən-günə inkişaf etdiyini qeyd edən rektor bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Qeyd etdi ki, uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və təhsil sahəsində əməkdaşlığın yüksək nəticələri var. Kifayət qədər azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir.
Rektor Böyük Britaniya səfirliyinin Azərbaycanda təhsilə, ali təhsil müəssisələri ilə əməkdaşlığa üstünlük verdiyini və təhsil sahəsində bir çox innovativ layihələrə imza atdığını qeyd etdi.
Beynəlmilləşməni universitetin qarşıya qoyduğu starteji hədəflərdən biri və prioritet istiqamət olduğunu vurğulayan rektor rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, bugünü və beynəlxalq əlaqələri haqqında məlumat verdi, ölkəmizdə təhsil sahəsində həyata keçirilən layihələrdən, ali təhsilin strateji istiqamətlərindən, dövlət proqramlarından danışdı.
Universitetin zəngin tədris imkanları ilə tanış olan nümayəndəliyin ölkə üzrə direktoru Nərgiz Hacıyeva SDU-da həyata keçirilməsi mümkün olan müəllimlər üçün APTİS proqramı, müəllim və tələbə heyəti üçün ingilis dili üzrə beynəlxalq dil sertifikatı imtahanları barədə ətraflı məlumat verdi.
Görüşdə Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Natiq Talıbov, Dil və Tərcümə Mərkəzinin direktoru Jalə Məmmədova və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak edirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər