“Brüssel görüşü sülh sazişinin imzalanmasına  münbit şərait yaradır”- Müşfiq Məmmədli

389
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaratdı. Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra sülh sazişinin imzalanması bölgənin hərtərəfli inkişafına xidmət edəcəyi heç kimdə şübhə doğurmur. Ölkə rəhbərinin Aprelin 6-da Brüsselə məlum səfəri bu istiqamətdə atılan mühüm addım kimi qiymətləndirilməlidir. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının da marağındadır. Məhz bu baxımdan Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsselə dəvət olunması  sülh sazişinin imzalanmasına  münbit şərait yaradır. Səfərin mühüm tərəflərindən biri Azərbaycan dövlətinin irəli sürdüyü beş bənddən ibarət müqavilə əsasında danışıqların aparılmasıdır. Eyni zamanda görüşdə Dağlıq Qarabağ ifadəsinin işlənməməsi, həmçinin ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirilməlidir. Bu bir daha sübut edir ki, cənab prezident İlham Əliyev dövlətimizin milli maraqlarını yüksək səviyyədə təmin edir.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər