“Brüsseldə baş tutan görüşü sülh prosesinin başlanğıcı hesab etmək olar”-İmamverdi İsmayılov

353

“Aprelin 6-da Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşləri, aparılan danışıqlar və əldə olunan nəticə  Azərbaycanın növbəti diplomatik uğurudur”.
Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov səsləndirib.
Deputat bildirib ki, Brüsseldə baş tutan görüşü sülh prosesinin başlanğıcı hesab etmək olar: “Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması üçün bu olduqca vacibdir. Azərbaycan tərəfinin irəli sürdüyü 5 maddədən ibarət təklif bölgədə dayanıqlı sülhün təmin olunmasına hesablanıb. Bu təklifin qəbulu və bunun əsasında danışıqların aparılması iki dövlət arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək. 4 saat yarımdan artıq davam edən Brüssel görüşündə əldə olunan nəticə onu deməyə əsas verir ki, münaqişədən sonrakı dövrdə aparılan danışıqlar faktiki olaraq Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun gedir. Üçtərəfli görüşlə bağlı Aİ Şurası Prezidentinin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, o cümlədən ATƏT-in Minsk Qrupu və onun həmsədrlik institutuna istinad edilməməsi Azərbaycanın mövqeyinin qəbul olunmasından xəbər verir.
İmamverdi İsmayılov bildirib ki, görüşün yekun Bəyanatı bir daha göstərdi ki, kommunikasiyaların açılması, dəmir və avtomobil yollarının çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması ilə bağlı Azərbaycanın irəli sürdüyü təkliflər razılaşmada öz əksini tapır. Görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə iki ölkə arasında beş prinsip əsasında sülh sazişinin hazırlanmasına başlamaq üçün təlimat verilib. Sözsüz ki, bütün bunlar nəticədə regionda gərginliyin azalmasına, kommunikasiyaların açılmasına, effektiv və konstruktiv əməkdaşlığa xidmət edəcək. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər