Bu axşam Sumqayıtda rok gecəsi olacaq

750

Rok gecəsində “Qara Dərviş” də iştirak edəcək

Avqustun 25-də Sumqayıt şəhərində Dənizkənarı Parkda məşhur amerikan rok qrupu “Brazzaville”nin iştirakı ilə keçiriləcək rok gecəsində Sumqayıt qrupu da iştirak edəcək.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, təşkilatçılar konsertin daha maraqlı olması məqsədilə tədbirdə yerli rok qrupun – Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət Evində özfəaliyyət kollektivi kimi məşq edən “Qara Dərviş” qrupunun çıxışını da nəzərdə tutublar. “Qara Dərviş” rok qrupunun əsası sumqayıtlı gənclər tərəfindən qoyulub. Mahnılarını Azərbaycan dilində ifa edən qrupun repertuarı Nəsiminin, Füzulinin qəzəlləri əsasında formalaşıb.

Xatırladaq ki, rok konsert avqustun 25-də saat 20:00-da Nəsimi adına Mədəniyyət və İstirahət Parkının estrada səhnəsində başlayacaq. Konsertə giriş pulsuzdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər