Bu göyərçinin 40 yaşı oldu! Müsabiqə elan olundu...

1975

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt şəhər bölməsi şeir müsabiqəsi elan edib. Müsabiqə uzun illərdir ki, şəhərin əsas simvoluna çevrilən “Sülh göyərçini” heykəltəraşlıq abidəsinin 40 illiyinə həsr olunur.

AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Camaləddin Azərtac-a bildirib ki, 1978–ci ildə Sumqayıtın dənizkənarı parkında ucaldılan abidənin müəllifləri şəhərin baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzərov və rəssam-heykəltəraş Asim Quliyevdir. Elə həmin ildə də parka böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin adı verilib.

G.Camaləddin sülh və əmin-amanlığı simvolizə edən “Sülh göyərçini” abidəsini vəsf edən şeir müsabiqəsində Sumqayıtda yaşayan şairlərin iştirak etdiyini qeyd edib. Seçilmiş şeirlər Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt Dövlət Qalereyasının təşkilatçılığı ilə Sumqayıta şəhər statusu verilməsinin 79–cu ildönümü və abidənin 40 illiyi münasibətə keçirilən tədbirdə səsləndiriləçək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər