Bu gün “karatenin brilliantı” Rafael Ağayevin doğum günüdür.
Rafael Ağayev 4 mart 1985-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb.
5 dəfə dünya, 10 dəfə Avropa çempionu olan həmyerlimiz dəfələrlə bayrağımızı beynəlxalq idman arenalarında dalğalandırıb.
Atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rəfael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları aşılamışdır. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb etmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan «Budokan»da məşq etməyə dəvət almışdı.
Rəfael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmamışdır.
Rəfael Ağayev, karate ilə məşğul olmağa yeddi yaşında başlayıb. İdmanda atdığı ilk addımlarda Rafael Məmmədovun (məşqçi) rolu həlledicidir. Brüs Linin lent yazılarını seyr etmək Rəfaeli ruhlandırırdı. Həmin vaxtı o uşaq idi və Brüs Linin məşq etdiyi kunq-fu idman növünü karate ilə səhv salırdı. Uşaqlıqda dəcəl olduğu üçün valideynləri onun karate ilə məşğul olmağına qərar verdilər. Valideynləri onu həvəsləndirirlər. Həmişə yarışdan əvvəl Allaha dua edir. 2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ilə yarışlara qatıla bilmədi. 2015-ci ildə yenidən var gücü ilə mübarizə aparmağa başlamışdır.
İtaliyanın “Yuventus” klubunun sadiq azarkeşidir.