Bu gün mərhum gənc jurnalist Fuad Musazadənin doğum günüdür”

549

Bu gün 2 il əvvəl keçirdiyi ağır avtomobil qəzasında faciəvi şəkildə həyatını itirən mərhum gənc jurnalist Fuad Musazadənin 33- cü doğum günüdür.
~~~
Fuadın adı yada düşən dərhal onun xoş emosiyaları, daima xoş ovqat yaradan təbəssümlü çöhrəsi göz önünə gəlir. Şərəfli 30 illik ömrünün hər anına mənalar sığdırmağı bacaran bu gənc oğlanın, əzmkarlıqla uğruna əmək verdiyi bütün arzularının reallığa qovuşduğu bir zamanı idi. Onun həyatdan ayrılmadan öncə fəaliyyət göstərdiyi AZTV- də yeni başlamış olduğu bir sıra innovativ layihələri vardı.
~~~
Fuad Şahin oğlu Musazadə 11.07.1988- cı il tarixində Bakı şəhərində anadan olub və orta təhsilini Bakı Türk Anaddolu liseyində alıb. Əla qiymətlərlə oxuduğu 11 illik orta təhsildən sonra o,  Azərbaycan Dillər Universitetinin Beynəlxal Münasıbətlər fakültəsinin bakalavr və ardınca isə eyni fakülənin magistir pilləsini qırmızı diplomla bitirib. 2011-ci ildə Azərbaycan İctimai Televiziya və Radio Yayımlar Şirkətinin Hüquq və beynəlxalq əlaqələr departamentdə koordinator işləmə başlayan Fuad Musazadə sonrakı bir neçə il ərzində Evroviziya mahnı yarışmasında Azərbaycan nümayəndə heyətinin mətbuat katibi olub. Daha sonra Evromediya, MQP- da hüquqşünas ve beynəlxalq əlaqələr üzrə mütəxəssiz, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektor müdiri vəzifəsində işləyən Fuad Musazadə, nəhayət öz son fəaliyyətini Azərbaycan Televiziyasında dəvam etdirib.
~~~
30 illik şərəfli ömür yolunda dəyərli töhvələr verməyi və özünəməxsus bir iz buraxmağı bacaran, yaratdığı müsbət obrazıyla yaddaşlara yazılan Fuadın xoş xatirəsi bu gün onun doğmalarının yeganə təsəllisidir.

“sumqayitxeber.com ” həmkarımız Fuada rəhmət,  anası Sədaqət xanıma  Allahdan səbr diləyir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər