Bu gün şəhid olan hərbçilərimiz onlardır – FOTOLAR

394

Xəbər verdiyimiz kimi, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Sumqayitxeber.com xəbər verir ki, Ermənistan tərəfinin təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Musavat.com şəhidlərimizin fotosunu təqdim edir:

Nigar HƏSƏNLİ,
Musavat.com

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər