Bu günədək Azərbaycanda bir milyondan çox sahibkar qeydiyyata alınıb – Deputat

766

Bu günədək Azərbaycanda bir milyondan çox sahibkar və 150 mindən çox hüquqi şəxs qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

Onun sözlərinə görə, sahibkarlıq subyektlərinin bu cür artımına Azərbaycan hökumətinin reallaşdırdığı proqramlar və tədbirlər xidmət edib.

“2000-ci illərin əvvəlindən Azərbaycanda 650-dən çox istehsalat obyekti yaradılıb. Bu, ümumi daxili məhsulda istehsal və sənayenin payını əhəmiyyətli dərəcədə artırıb”, – deputat deyib.

T.Mirkişili bildirib ki, Azərbaycanda biznesin stimullaşdırılması və təşviqi üçün müvafiq proqramlar hazırlanır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər