Bu il də nəhəng paxlava hazırlanacaq

660

Ötən il Sumqayıtda uzunluğu 21 metr, eni 5 metr və çəkisi 5 ton 300 kiloqram olan nəhəng paxlava bişirilmişdi. Bu il də novruz bayramında nəhəng paxlava bişiriləcək. Artıq Sumqayıt şəhərində bayraq meydanında çadır quraşdırılıb və paxlavanın bişirilməsi üçün hazırlıqlar görülür.

Xatırladaq ki, 2012-ci ildə Novruz bayramı münasibətilə sumqayıtlıların hazırladıqları paxlava həm ölçüsünə görə, həm də çəkisinə görə dünyanın ən nəhəng paxlavası hesab olunub. Hazırlanmış paxlavanın uzunluğu 21, eni isə 5 metrdir. Novruz xonçasının ən dadlı təamlarında olan paxlavanın hazırlanmasında 1 ton şəkər tozu, 1 ton un, 900 kq qoz, 900 litr yağ və müxtəlif ədvalar istifadə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər