Bu il “Son zəng” keçiriləcəkmi? – Nazirdən açıqlama

757

“Pandemiya şəraitində təhsil distant təşkil olunurdu. Azərbaycanda hazırda distant təhsil yoxdur. Bu istiqamətdə müxtəlif aidiyyatı qurumlarla qanunverici bazanın formalaşdırılması istiqamətində işlər aparılır”.

Musavat.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Distant təhsil təhsilin formasıdır və zaman-zaman bu istiqamətdə irəliyə gedəcəyik. Amma distant təhsillə diplom paylanılmasına, yaxud da bunun qeyri-qanuni formaya çevrilməsini istəmirik”.

Nazir “Son zəng”lə bağlı verilən suala da cavab verib:

“Bu il “Son zəng”in ənənəvi qaydada keçirilməsi gözlənilir. Pandemiyanı nəzərə alaraq mövcud şəraitə baxırıq. Təbii ki, mövcud şərtlər çərçivəsində son zəngin ənənəvi qaydada keçirilməsini düşünürük”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər