Bu gün səhər saatlarında Masazır dairəsində böyük tıxac yaranıb.
Bu barədə Publika.az-ın əməkdaşı məlumat verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcədli Publika.az-a bildirib ki, Agentliyin əməkdaşları tərəfindən Masazır dairəsi yaxınlığında heç bir təmir işləri aparılmır.
O bildirib ki, səhər saatlarından müşahidə edilən sıxlığın bizim qurumla əlaqəsi yoxdur: “Orada təmir işləri aparılmır. Hava şəraiti ilə əlaqədar səhər və günorta saatlarında, ümumiyyətlə, təmir işlərinin aparılmasını dayandırmışıq”.