Bütün Azərbaycanı qürurlandıran topçu Vüsalın fotosu dərsliklərə salınacaq? – RƏSMİ AÇIQLAMA

1209

Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamının rəğbətini qazanaraq yağıya göz dağı olmağı bacaran Vüsal Şahkərimov Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirdii.

Sosial şəbəkələrdə yazılır ki, bütün Azərbaycanı qürurlandıran topçu Vüsalın fotosu məktəb dərsliklərinin üz qabağına vurulacaq.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, Vətən müharibəsində iştirak edən və qəhrəmanlıq göstərən igidlərimizin dərsliklərə salınması ilə bağlı məsələ gündəmdədir.

Qurum rəsmisi deyir ki, istər topçu Vüsal olsun, istərsə də digər qəhrəmanlarımız, onlarla bağlı dastanlar, hekayələr və tarixi bilgilər məktəb dərsliklərində yer alacaq. Lakin hansı igidlərimizin fotosunun hansı dərsliklərdə ön hissədə çap olunacağı dəqiq informasiya deyil. Bu məsələ aparılacaq müzakirələrdən sonra məlum olacaq.

“Burada söhbət hansısa dərsliyin üzərindən getmir. Qəhrəmanlarımız haqqında hekayələrin yazılması, onlarla bağlı ayrı-ayrı təqdimatların edilməsi, tarixi faktların tam dəqiqləşdirilərək dərsliyin məzmununa gəlməsi – bunlar gündəlikdə mövcuddur”, – deyə Cəsarət Valehov bildirib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər