“Çalışacağıq ki, seçkidə fəal gənclər namizəd olsun”

1041

“Gənclər bizim bütün kampaniyalarımızda, o cümlədən seçki kampaniyalarımızın keçirilməsində çox yaxından iştirak  edirlər. Seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər. Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

 O qeyd edib ki, YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər: “2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizədlər qismində iştirak etsinlər və özlərini sınasınlar. Ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər