Çempionlar Liqasının finalı Sankt-Peterburqdan alınaraq Parisə verilib

501

Çempionlar Liqasının finalı Sankt-Peterburqdan alınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən fövqəladə iclasında qərar verilib.

Qitə futbol qurumu Rusiyada yaşanan hərbi gərginliklə əlaqədar mayda baş tutacaq qarşılaşmanın Parisə verilməsini qərara alıb. Həlledici qarşılaşma “Stad de Frans”da baş tutacaq. Bu, Fransa paytaxtının 6-cü dəfə həlledici oyuna ev sahibliyi kimi tarixə düşəcək. Fransızlar 1955/56, 1974/1975 və 1980/1981 mövsümlərində finalı “Park de Prens”də, 1999/2000 və 2005/2006 mövsümlərində isə “Stad de Frans”da qəbul edib.

Həmçinin qərara əsasən, Rusiya və Ukrayna komandaları qitəmiqyaslı turnirlərdə ev oyunlarını neytral meydanda keçirəcəklər.

Qeyd edək ki, turnirin final matçı mayın 28-də oynanılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər