Cengiz Aygör: “İkinci əl məhsullar da qəbul edilir”

256

“Yardım kampaniyasına 11 iş adamı ilə başladıq. Bu gün sayımız daha da çoxalıb. Birinci gün 20 TIR, dünən 15 TIR Türkiyə yola salınıb”.

Bu barədə Oxu.Az-a açıqlamasında kampaniyanın qrup rəhbəri Cengiz Aygör bildirib ki, artıq bu gün səhər saat səkkizdən etibarən yardım toplama kampaniyasını yenidən başlayıb:

“Əməkdaşlar, könüllülər müəyyən qruplara bölünüblər. Ötən gün bizimlə bərabər təxminən 60 könüllü burada qalaraq çeşidləmə və qablaşdırma işlərini aparıb. İş prosesi gücləndirilib, bu formada davam edərsə, bu gün də 20 TIR yola salınacaq. TIR-lar Adanaya gedir orada artıq müvafiq istiqamətlərə yönləndirilir”.

C.Aygör deyir ki, xüsusilə uşaq bezlərinə, çadır və ləvazimatlarına, quru qidalara ehtiyac var:

“Mətbuatda bu barədə çox yazılır. Qeyd etmək istəyirəm ki, xüsusilə istifadə edilməmiş, yeni geyimlərə üstünlük verilir. Lakin ikinci əl məhsullar da qəbul edilir. Sadəcə xahiş edirik gətirilən əşyaların təmizliyinə diqqət edilsin. İkinci əl olsa belə, istifadəyə yararlı olan əşyalar gətirilsin. Burada 300-dən çox könüllü var. Çeşidlənmə prosesini sürətləndirmək üçün zəruri əşyaların gətirilməsi daha yaxşı olar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər