“Cəsurlar” hərbi-idman və turizm oyununun şəhər birinciliyinin final turunu keçirilib

1123

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsi və Hərbi Komissarlıq ilə birgə 02 mart 2012-ci il tarixində M.Hüseynzadə adına şəhər stadionunda “Cəsurlar” hərbi-idman və turizm oyununun şəhər birinciliyinin final turunu keçirmişdir.

Final turunda İ.Qayıbov adına 1, Milli Qəhrəman M.Quliyev adına 3 saylı, 6, 7 saylı, 11 saylı, 16 saylı, 21, H.Aslanov adına 22, 26 saylı, 33 saylı tam orta məktəblərin, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və N.Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin komandaları, həmçinin 14 saylı tam orta məktəbin komandası müsabiqədən kənar yarışmışlar.

Yarışların baş hakiminin raportundan sonra çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov sitemli şəkildə hər il keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyununun böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi xidmətə qədər mənəvi və fiziki hazırlığında əhəmiyətli rolundan danışaraq məktəblilərə uğurlar arzulamışdır.

Sonra Dövlət Himni səslənmişdir.

Komandalar hərbi-idman və turizm oyununun Əsasnaməsinə müvafiq olaraq sıra hazırlığı, taxta hasarın üstündən keçməklə maneənin dəf olunması, “zəhərli zona”nin dəf olunmasi, turist çadırının qurulması və digər mərhələlər üzrə yarışmışdır.

Yarışların nəticələrinə əsasən Milli Qəhrəman M.Quliyev adına 3 saylı tam orta məktəbin komandası I, 6 saylı tam orta məktəbin komandası II, 7 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Qalib komanda “Cəsurlar” respublika hərbi-idman və turizm oyununun cari il mart ayının 7-də Siyəzən rayonunda keçiriləcək zona birinciliyində iştirak etmək hüququ qazanmışdır.

Komandalar Baş İdarənin və Təhsil Şöbəsinin fəxri fərmanları, hədiyyələri ilə təltif edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər