Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıta olub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Sumqayıtın tarixi haqqında məlumat verilib, sosial-mədəni, iqtisadi inkişafından danışılıb. son illərdə Sumqayıt şəhərində həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ikitərəfli münasibətlərin inkişafı etdirilməsi üçün geniş perespektivlərin olduğunu vurğulayıb.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxuan Sumqayıtda aparılan abadlıq işlərinin, şəhərin gözəl görünüşünün onda xoş təsüratlar yaratdığını bildirib. Səfir bildirib ki, Sumqayıt keçmişdə olduğu kimi müasir dövrümüzdə də sənaye mərkəzi kimi tanınmaqla yanaşı, həm də texnoloji baxımdan çox inkişaf edib.
Çin səfiri Sumqayıtda – FOTO
•
1465
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub.