Çirklənmiş ərazilər necə bərpa ediləcək? – Nazir açıqladı

847
Hazırda Abşeron yarımadasında çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
sumqayitxeber.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

 

 

Nazir qeyd edib ki, qiymətləndirmədən sonra təmizlənmə və bərpa metodologiyaları müəyyənləşdiriləcək, çirklənmiş ərazilər torpaqların gələcək istifadə təyinatına uyğun olaraq mərhələlərlə bərpa ediləcək.
Muxtar Babayev deyib ki, su hövzələrinin çirkləndirilməsi ölkənin və yarımadanın əsas ekoloji problemlərindəndir: “Kanalizasiya sistemlərinin və müvafiq təmizləyici qurğuların qurulması hesabına su mənbələrinin çirklənməsinin qarşısı alınmalıdır”.
Nazir vurğulayıb ki, Azərbaycanda da iqlim dəyişmələrinin fəsadları müşahidə olunur və təhlükəli hidrometeoroloji hadisələrın sayında, intensivliyində artım tendensiyası izlənilir: “Bu sahədə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, dəniz hidrometeoroloji şəbəkəsinin avtomatlaşdırılması, yeni proqnoz modellərinin tətbiqi ilə hidrometeoroloji xidmət sahəsinin modernləşdirilməsi nəzərdə tutulub”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər