Corat qəsəbə nümayəndəliyi hesabat verdi – FOTO

1663

Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib.

2018-ci il ərzində görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağında Sumqayıt şəhər İcra hakimiyyəti Başçısınınbirinci müavini Teymur Səmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə üzrə nümayəndəsi Cəmil Quliyev, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib.

Vurğulanıb ki, ötən hesabat dövrü ərzində Corat qəsəbəsinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər həyata keçirilib.  Hesabat dövründə təmirə ehtiyacı olan tolların asfaltlanması, piyadalar üçün səkilər salınması, müasir işıq dirəklərinin quraşdırılması işləri uğurla davam etdirilib.

Qəsəbədə sakinlərin istirahəti üçün mini parklar salınmış, mövcud parklarda abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.

Kommunal xidmətlər sektorunda keyfiyyətin artırılması məqsədilə su kanalizasiya xətlərinin yenilənməsi, qəsəbədə elektrik enerji təminatının normallaşdırılması, qaz təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Qeyd olunub ki, bütün bu işlərlə yanaşı qəsəbədə təhsil, idman və mədəniyyət sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılır.  Hazırda qəsəbədə uşaq baxçasının tikintisi aparılır.

Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Sumqayıtda Corat qəsəbə nümayəndəliyi hesabat verdi - FOTO

Sumqayıtda Corat qəsəbə nümayəndəliyi hesabat verdi - FOTO

Sumqayıtda Corat qəsəbə nümayəndəliyi hesabat verdi - FOTO

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər