Corat qəsəbəsində ev yanaraq külə döndü

717

Sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində ümumi sahəsi 120kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 90kv.m sahədə yanmışdır. Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerində olmuş əməkdaşımızın aldığı məlumata görə evdə heç kim olmayıb və bu səbəbdən də xəsarət alan olmayıb. Hadisənin baş verməsinə səbəb isə elektrik naqillərində baş vermiş qısaqapanma olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər