Corat qəsəbəsində nümunəvi məhəllə yaradılır, yol infrastrukturu yenilənir - FOTO

982

Son illər Sumqayıt şəhərində sakinlərin rahat istirahəti üçün genişmiqyaslı tədbirlər həyata keçirilib, mövcud bütün parklar əsaslı təmir olunub. Görülən işlər sakinlərin rahatlığı, asudə vaxtlarının daha da səmərəli təşkili məqsədi ilə həyata keçirilir.

Sumqayıt şəhərində nümunəvi məhəllələrin yaradılması üçün də tədbirlər planı mövcuddur və mərhələli şəkildə bu istiqamətdə işlər görülür.

Hazırda Corat qəsəbəsində Mehdi Hüseynzadə küçəsində, əvvəllər baxımsız vəziyyətdə olan ərazidə abad məhəllə yaradılır. Ərazidə su və kanalizasiya xətləri yenilənib. Burada yeni işıqlandırma sistemləri quraşdırılacaq. Nümunəvi məhəllədə sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılacaq, uşaqlar üçün əyləncə meydançası yaradılacaq.

Corat qəsəbəsində abadlıq-quruculuq işləri digər sahələrdə də davam etdirilir. Hazırda şəhid Taleh Kərimov küçəsində piyada yolları abadlaşdırılır, səkilərə tamet daşları vurulur. Qəsəbə daxili yollarda asfaltlanma işləri aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər