Çoxmərtəbəli binalar bələdiyyələrə verilir? – AÇIQLAMA

663

“Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalı, çoxmərtəbəli binaların idarə olunması bələdiyyələrə tapşırılmalıdır”.

Modern.az xəbər verir ki, bunu parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması üçün mənzil mülkiyyətçilərinin 50 faizindən çoxu toplaşmalıdır:

“Halbuki mənzil mülkiyyətçilərinin 50 faizindən çoxunu bir araya toplamaq mümkün olmur. Nəticədə, bu haldan işbazlar yararlanır. Ona görə, mənzil istismar sahələrinin funksiyaları genişləndirilib, bələdiyyələrin səlahiyyətinə verilməsi yaxşı olardı”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər