Daha bir həkim koronavirusdan öldü – Foto

1360
Gəncədə koronavirusa yoluxmuş cərrah dünyasını dəyişib.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu gün vəfat edənlərdən biri, 1962-ci il təvəllüdlü xəstə Gəncə şəhərində fəaliyyət göstərən həkim olub: “Həmkarımızın şəkərli diabet, hipertoniya kimi yanaşı xəstəliyi olub. Aprelin 30-da xəstəxanaya daxil olub və müalicəsinə başlanılıb. 681 nəfər tibb işçisi koronavirusa yoluxub. Bu, ümumi yoluxmanın 18 faizidir. Əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, 4 həkim vəfat edib”
Həmin həkim Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Sürət Abbasovdur. Müalicə olunmasına baxmayaraq həkim Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinin birində ölüb. (qafqazinfo.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər