Daha bir həkimi koronavirusdan itirdik

1295

Gəncədə daha bir həkim koronavirusdan həyatını itirib.

Bu barədə həkimin həmkarları və çalışdığı Yeni Gəncə Tibb Mərkəzi sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, bir müddətdir, koronavirus infeksiyasından Bakıda xüsusi təyinatlı xəstəxanada müalicə alan 1970-ci il təvəllüdlü travmatoloq ortoped Mehman Hüseynov dünən vəfat edib.

Qeyd edək ki, travmatoloq daha öncə Mingəçəvir Şəhər Mərkəzi Xəstəxanası və Yeni Gəncə Tibb Mərkəzində fəaliyyət göstərib.

Xatırladaq ki, M. Hüseynov Gəncədə koronavirus səbəbindən dünyasını dəyişən üçüncü həkimdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər