Davosda prezidentlə görüşə qatılan Samir Süleymanov kimdir? – FOTO

1523

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.
Azvision.az -ın məlumatına görə, görüşdə Dünya Bankında yüksək vəzifə tutan azərbaycanlı Samir Süleymanov da iştirak edib.

Məlumat üçün bildirək ki, S.Süleymanov 2016-cı ildə Dünya Bankının Strateji başçısı təyin olunub. O, daha əvvəl Dünya Bankının administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 42 yaşlı Samir Süleymanov 1996-cı ildən Dünya bankında çalışır. Corctaun universitetinin məzunudur. 1993-cü ildə Vaşınqtona köçüb.

Evlidir, 3 övladı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər