Dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi əsəcək.
Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, dekabr ayına olan ilk hava proqnozuna görə, gələn ay havanın temperaturu, demək olar ki, ölkə ərazisində iqlim norma göstəricilərindən çox fərqlənməyəcək:
“Yəni iqlim norması daxilində havanın temperatur tərəddüd edəcək. Ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enməsi proqnozlaşdırılır. Xüsusilə də dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi güclənəcək. Bu dövr ölkə ərazisində yağıntılı hava şəraiti ilə səciyyələnəcək”.
Umayra Tağıyeva qeyd edib ki, dekabrın 2-3-də respublikanın rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yağıntının sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır.