Dəm qazından boğulanda nə edək?

1590

Soyuq havalı günlərdə təbii qaza olan tələbatının artması nəticəsində dəm qazı ilə zəhərlənmə halları da artır. Təəssüf ki, həmin halla üzləşənlər bəzən nə etmək lazım gəldiyini bilmirlər. Azərtac-ın müxbiri Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovdan həmin halın yaranması zamanı nə etmək lazım gəldiyini soruşub.

Toksikoloq deyib: “Dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir. Ona görə də ilk növbədə qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək ən vacib şərtlərdən biridir. Belə vəziyyətlə üzləşəndə zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək, başına və sinəsinə soyuq islatma qoymaq, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”.

Əgər dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq vacibdir: “Zəhərlənmə nəticəsində bədən temperaturu düşdüyü üçün xəstənin üstünü örtmək, ona isti içki vermək, sonra mütləq tibb mütəxəssisinə müraciət edilməlidir. Huşu özündə olmayanları isə dərhal qapalı mühitdən çıxardıqdan sonra nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır”.

Onun dediyinə görə, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Belə ki, dəm qazı əmələ gələrkən xəbərdarlıq edən qurğular var. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsi barədə işarə verir və qaz verilişi dayanır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər