Dəmir yolunun Pirşağı-Sumqayıt hissəsi istifadəyə veriləcək

942

Novruz bayramına qədər Bakı Dairəvi dəmir yolu tam istifadəyə verilə bilər.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov deyib.

Z.Novruzovun sözlərinə görə, bu marşrut üzrə hərəkətdə olan qatarın son dayanacağı Pirşağı stansiyası olacaq:

“Bu gün Bakı Dairəvi dəmir yolunda hərəkət edən sərnişin qatarı Pirşağıya qədər hərəkət edir. Nəzərdə tutulur ki, qarşıdan gələn Novruz bayramına qədər Fatmayi-Goradil, Novxanı dayanacaqları da istifadəyə veriləcək. Adıçəkilən dayanacaqlar istifadəyə verildikdən sonra Bakı Dairəvi dəmir yolu tam olaraq fəaliyyətə başlamış olacaq”.

Xatırladaq ki, Bakı Dairəvi dəmir yolu xəttinin ümümi uzunluğu 91 km-dir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər