46 saylı beşinci seçki dairəsinin deputatı Elnarə Akimova 25 oktyabr tarixində Sumqayıt şəhərinin Stansiya Sumqayıt və Hacı Zeynalabdin qəsəbələrində 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Məmmədov Novruz İnqilab oğlu və Fətullayev Tərlan Amanşah oğlunun ailələrini ziyarət etdi.
Sozcu.info xəbər verir ki, ziyarət zamanı şəhidlərin ailə üzvləri ilə səmimi söhbətlər aparan deputat Elnarə Akimova onların problemləri, ehtiyacları və dövlətin onlara göstərdiyi dəstək haqqında məlumat aldı. O, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, onların qəhrəmanlıqlarının isə hər zaman qürur mənbəyi olacağını vurğuladı.
Elnarə Akimova, şəhid ailələrinin qayğılarının daim diqqətdə saxlanıldığını və dövlətimizin bu qəhrəman ailələrə hər zaman dəstək verdiyini qeyd etdi. Ailələrin sosial problemlərinin həlli və onların cəmiyyətə daha yaxşı inteqrasiya olunması istiqamətində görülən işlərin davamlı olaraq icra ediləcəyini bildirdi.
Müzakirə qapadılmışdır.