Deputat: “Xocalı soyqırımı tarixin dəhşətli faciələri ilə bir sırada dayanır”

713

“30 il əvvəl xalqımıza qarşı törədilən Xocalı soyqırımı tarixin ən ağır faciələrindən biri, insanlıq əleyhinə yönələn ümumbəşəri cinayətdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri millət vəkili Emin Hacıyev deyib.

“1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalıya hücümu zamanı şəhər bir gecədə yerlə-yeksan edildi, dinc sakinləri qətliama məruz qaldı. 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlumdur. Təsadüfi deyil ki, Xocalı soyqırımı kütləvi insan qırğınına görə Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi tarixin dəhşətli faciələri ilə bir sırada dayanır.

Azərbaycan xalqı Qarabağ münaqişəsinin ən qanlı faciəsi kimi tarixə düşən Xocalı soyqırımını heç vaxt unutmayacaq və unutdurmayacaq. Bu vəhşiliyi törətmiş cinayətkarlar həm Azərbaycan xalqı, həm də bəşəriyyət qarşısında cavab verəcək.

Azərbaycan dövləti, xüsusən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verib. Milli Məclisin qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Bununla yanaşı, XX əsrdə erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq 31 mart azərbaycanlıların soyqırımı günü elan edilib. Bu illər ərazində cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl iş aparılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət – Jusctice for Khodjaly” beynəlxlaq kampaniya çərçivəsində dünya bu dəhşətli soyqırımdan xəbərdar olub.

Aparılan sistemli işlərin nəticəsində Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən, eləcə də Amerika Birləşmiş Ştatlarının 30-dan çox ştatında tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

Aparılan sistemli işlərin nəticəsində Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən, eləcə də Amerika Birləşmiş Ştatlarının 30-dan çox ştatında tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

Böyük qürur hissilə qeyd etməliyəm ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən işğalından azad olunaraq Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Bundan sonrakı ümdə vəzifəmiz isə 30 il əvvəl Xocalıda baş verən beynəlxalq cinayət faktlarının soyqırım kimi tanıdılması istiqamətində fəaliyyətimizin davam etdirilməsi və bu faktlar əsasında beynəlxalq cinayət mühakiməsinin reallaşdırılmasıdır.

Hazırda “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədi ilə başladılan petisiya olduqca böyük əhəmiyyət daşıyır. Həmçinin xarici və yerli auditoriya üçün nəzərdə tutulan sosial media layihəsi formatında start verilən “Sevinj stories” layihəsi unikallığı ilə seçilir. Layihə vasitəsilə “30 il öncə “Instagram” olsaydı və balaca Sevinc baş verənləri “story” kimi çəkib paylaşsaydı, Xocalıda nələrə şahid olardıq?” sualına cavab təqdim edilir. Onu deyim ki, layihə qısa müddət ərzində yerli və xarici auditoriya tərəfindən geniş rəğbət və maraqla qarşılanmaqdadır.

Müasir dövrdə sosial şəbəkələr mühüm təbliğat platformalarıdır və bu təbliğat formasından Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında geniş istifadə edən gənclərimiz də kifayət qədərdir. Gənclər və gənclər təşkilatları fəallarının iştirakı ilə sosial şəbəkələrdə #justiceforkhojaly həştəqi ilə kütləvi kampaniyanın başladılması və bu həştəqin dünya trendinə salınması öz müsbət effektini verəcək. Eyni zamanda Azərbaycanlı Tələbələr və Məzunlar Platforması vasitəsilə xarici ölkələrin aparıcı təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri və maarifləndirmə aksiyalarının keçirilməsi səsimizin dünyaya çatdırılmasında önəmli rol daşıyır.

Beynəlxalq ictimaiyyət Xocalı soyqırımının 30 ilində bu faciəyə biganə qalmamalıdır. Dünyanın hər bir yerində bu ümumbəşəri cinayətin lənətlənməsinə, cinayətkarların beynəlxalq məhkəmələrdə cavab verməsinə nail olmayılıq. Mən də bu gün Milli Məclisin deputatı olaraq bu ali kürsüdən bütün dünyaya səslənirəm: Xocalıya ədalət istəyirik! Justice for Khojaly!”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər