“Dərmanların keyfiyyətinə inamsızlıq var” – Qənirə Paşayeva

2130
“Dərman vasitələrinin keyfiyyətsizliyi bəzən həkimləri də çətin vəziyyət qarşısında qoyur”.
 
Medicina.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxış edən Qənirə Paşayeva deyib.
Paşayeva, keyfiyyətsiz dərmanlardan ilk növbədə xəstəliyi olan şəxslərin əziyyət çəkdiyini bildirib.
“Ancaq burada ikinci əziyyət çəkən tərəf məhz həkimlərdir. Onlar xəstələrə, pasiyentlərə resept yazırlar və bəzən onların yazdığı dərmanlar özlərindən asılı olmayan səbəblərdən keyfiyyətsiz, zərərli olur.  Ona görə təklif olunan dəyişikliklər çox mühüm dəyişikliklərdir və onların cəmiyyətdə geniş təbliğatı, izahatı aparılmalıdır. Buna ciddi ehtiyac var. Onu da açıq şəkildə qeyd edim ki, biz xaricə gedərkən insanların, yaxınların, tanış-bilişlərin ən çox xahiş etdikləri məsələ dərmanlarla bağlı xahiş olur. Onlar bizdən xahiş edir ki, gələrkən filan-filan dərmanları alıb-gətirin. Çünki cəmiyyətimizdə artıq dərmanların keyfiyyətinə böyük inamsızlıq var. Onlar dərmanların keyfiyyətsizliyindən şikayətçidirlər. Ona görə də bu məsələyə ciddi diqqət yetirmək lazımdır”, -deyə deputat qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər