“Dərslərin dayandırılmasının müddəti uzadıla bilər” – RƏSMİ

1515

“Əlavə problemlər ortaya çıxmasa, tədris başlayacaq”

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında operativ qərargah martın 2-də ölkənin bütün təhsil müəssisələrində tədrisin dayandırılması barədə qərar qəbul edib. Qərarda bildirilir ki, təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə mart ayının 3-dən 9-dək (ilk tədris günü martın 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və tədbirlərin təxirə salınmasına qərar verilib.

Belə fikirlər var ki, qərarın müddəti uzadıla və Novruz tətili də daxil olmaqla, ümumən mart ayında dərslər olmaya bilər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov AYNA əməkdaşının sualına cavabında bildirdi ki, qərar tam ölçülüb-biçilmiş bir qərardır: “Zərurət yaranarsa, müddət uzadıla bilər”.

Nazirlik rəsmisi qeyd etdi ki, əsas məqsəd profilaktik, önləyici tədbirlərin görülməsidir: “Məqsədlərdən biri də bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin daha intensiv şəkildə aparılmasıdır.”

Onun sözlərinə görə, dezinfeksiya işləri başa çatdıqdan sonra təhlillər aparılacaq və əlavə problemlər ortaya çıxmasa, tədris başlayacaq.

C.Valehov tədrisin dayandırılmasının müəllimlərin əməkhaqqına hər hansı təsiri olmayacağını da söylədi: “Müəllimlər maaşlarını alacaqlar. Burda hər hansı problem olmamalıdır.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər