Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Paşayeva ARB televiziyasında yayımlanan Təhsil Arenası televiziya proqramlarında iştirak edərək region universitetlərinin inkişaf perspektivləri, ali təhsildə keyfiyyət məsələləri və universitetlərin bölgələrin sosial-iqtisadi inkişafındakı rolu barədə fikirlərini bölüşüb.
Veriliş zamanı Günel Paşayeva region universitetlərinin düzgün strategiya və yanaşma ilə ciddi inkişaf göstərə biləcəyini vurğulayıb, Sumqayıt Dövlət Universitetində son illərdə əldə olunan uğurları nümunə göstərib. O, həmçinin universitetlərin yalnız təhsil müəssisəsi deyil, həm də bölgələrin intellektual və iqtisadi inkişafına təsir edən mühüm ekosistem olduğunu qeyd edib.
Günel Paşayeva çıxışında universitetlərin yerləşdiyi bölgələrin real problemlərinin araşdırılması və həllinə töhfə verməsinin vacibliyini də diqqətə çatdırıb.
Verilişin tam videosunu təqdim edirik:


Müzakirə qapadılmışdır.