Dilarə Əliyeva: “Sumqayıtlıları şanslı hesab edirəm ki, belə gözəl bir şəhərdə yaşayırlar”

2033

“28 ildir ki Bakıda yaşayıram. Günü bu günə qədər, hər dəfə Sumqayıta gələndə, Sumqayıtın simvolunu uzaqdan görəndə artıq mənim ürəyim başlayır tez-tez döyünməyə”. Bu sözləri əməkdar artist Dilarə Əliyeva sumqayitxeber.com-a açıqlamasında bildirib.

Müsahibə zamanı Dilarə Əliyeva Sumqayıtla bağlı təsüratlarını da bölüşüb: “Qayğısız günlərimin, uşaqlıq illərimin, arzularımın şəhəridir Sumqayıt. Göz açdığım , xəyallar qurduğum şəhərdir . Çox sevirəm Sumqayıtı. Sumqayıta indi daha da fəxrlə gəlirəm, çünki Sumqayıt bu gün çox gözəlləşib, təmizdir, yaşıllıqlarla boldur. Sakit şəhərdir. Qəribə bir hüzur var bu şəhərdə. Doğmalarım var bu şəhərdə. Mənim üçün Sumqayıt döğmadan-doğma bir məkandır. Məni ən çox sevindirən, duyğulandıran bir şəhərdir.”

D.Əliyeva bildirib ki, Sumqayıtlıları şanslı hesab edirəm ki, belə gözəl bir şəhərdə yaşayırlar: “Bulvarda da olmuşam, çox gözəldir. Bu fürsətdən istifadə edib saytınız vasitəsilə bu gözəlliyi, bu səliqə -sahmanı Sumqayıtlılara bəxş etdiyinə görə şəhər rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu qədər qayğı ilə şəhər sakinlərinə yanaşmağın, bu münasibətin nəticəsidir ki, insanlar sevinir, üzü gülür.  Sumqayıtla bağlı məlumatları daha çox saytlardan izləyirəm. Anam, qardaşım sumqayıtda yaşayır, onlardan da alıram məlumatları. Sumqayıtda son illərdə baş verən dəyişiklikləri görməmək mümkün deyil”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər